AZ

Ötən il bank sektorunda təmərküzləşmə 27 vahid azalıb

BAKI, 13 aprel. TELEQRAF

2025-ci ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə 2024-cü ilin sonu ilə müqayisədə 27 vahid azalaraq 1180 təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə Sabitliyi hesabatı"nda qeyd edilib.

Bildirilib ki, depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 147 vahid azalaraq 1506 təşkil edib. Aktivlər üzrə HHI indeksi (Herfindal-Hirşman indeks) göstəricisi 114 vahid azalaraq 1360 təşkil etmişdir. Beləliklə, bank sistemində aktivlər və kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə bank sektoru orta təmərküzləşmə sərhədindədir.

Seçilən
18
4
teleqraf.com

5Mənbələr