AZ

Hörmüz boğazı “qırmızı zona”ya ÇEVRİLİR: Gəmi sahibləri reysləri LƏĞV EDİR

Gəmi sahibləri ABŞ-ın İranı dəniz blokadasına alacağı təhlükəsi fonunda Hörmüz boğazından yükdaşımaları ləğv edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

ABŞ-nin İranı dəniz blokadasına almaq ehtimalı və regiondakı hərbi gərginlik yükdaşımalar sahəsində ciddi narahatlıq yaradıb.

Bir sıra gəmi sahibləri və brokerlər Hörmüz boğazından keçən yük reyslərini kütləvi şəkildə ləğv etməyə başlayıblar.

Şirkətlər boğazdan keçid qaydalarının necə tənzimlənəcəyi barədə dəqiq məlumatın olmadığını bildirirlər.

Onlar, həmçinin gəmilərin keçidini təkcə İranla deyil, eyni zamanda ABŞ tərəfi ilə də razılaşdırmaq məcburiyyətində qalacaqlarından və bunun təhlükəsizlik risklərini artıracağından ehtiyat edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr