AZ

Kreml Macarıstanın yeni Baş nazirini təbrik etməyəcək

Kreml Macarıstan müxalifət lideri Peter Magyarı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəkləyən dost olmayan bir ölkədir: "Biz dost olmayan ölkələrə təbrik göndərmirik. Macarıstan isə dost olmayan ölkədir, bizə qarşı sanksiyaları dəstəkləyir".

Bunun Macarıstanın Baş naziri Viktor Orbanla Moskvanın dostluq münasibəti bəslədiyi anlamına gəlib-gəlmədiyi sualına Peskov belə cavab verib: "Biz onunla dialoq aparırdıq".

Ağarza Elçinoğlu 

Seçilən
10
unikal.az

1Mənbələr