“Arsenal” klubunun sabiq futbolçusu Cek Uilşir “Luton Taun”un baş məşqçisi kimi ilk titulunu qazanıb.
90deqiqe.Az xəbər verir ki, son həftəsonu onun komandası İngiltərə Liqa Kubokunda (“EFL Trophy”) finalda “Stokport Kaunti” klubunu 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub və ilk kubokunu qazanıb.
Hazırda “Luton Taun”un qarşısında əsas məqsəd turnir cədvəlində 6 xallıq fərqi aradan qaldırmaq və yüksəlmə pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Bu isə komandanın Çempionşipə yüksəlməsi üçün şans yarada bilər.
2022-ci ildə futbolçu karyerasını başa vuran Uilşir məşqçilik fəaliyyətinə “Arsenal”ın gənclər komandasında başlayıb. Daha sonra o, 2024-cü ildə “Norviç” klubuna keçib, ötən il isə İngiltərə üçüncü divizionunda çıxış edən “Luton Taun”a baş məşqçi təyin olunub.