“İrandan sonra İsrail düşmənsiz yaşaya bilməz. Görürük ki, Netanyahu Türkiyəni yeni bir düşmən elan etməyə çalışır. Cəmiyyəti bu istiqamətdə siyasətin yürdüldüyünü də müşahidə etməkdəyik”.
Ölkə.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.
H.Fidan əlavə edib ki, təkcə Netanyahu hakimiyyəti deyil, müxalifətdəki bəziləri də Türkiyəni yeni düşmən elan etmək niyyətində olduğunu görür.
“Bu artıq İsraildə küçə siyasəti formasında ortaya çıxmaqdadır. Bunun növbəti mərhələdə dövlət strategiyasına çevrilməsi planlaşdırılır. Netanyahu dövründə bu dövlət strategiyasıdır. Bunu Netanyahudan sonrakı dövrdə də dövlət strategiyasına çevrilməsi istiqamətində cəhdlərin olduğunu da görürük”, - Hakan Fidan qeyd edib.
Mürtəza