AZ

Ekspertdən sərt təklif: “Kollektorların üzərindəki evlər tam sökülməlidir”

Ekspertdən
Paytaxtda kollektorların və mühəndis-kommunikasiya xətlərinin üzərində tikilmiş evlərlə bağlı müzakirələr yenidən aktuallaşıb. Mütəxəssislər hesab edir ki, bu cür tikililər həm təhlükəsizlik, həm də şəhər infrastrukturunun fəaliyyəti baxımından ciddi risk yaradır.
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib ki, yaxın günlərdə bu istiqamətdə mühüm qərarların qəbul olunacağı gözlənilir: “Hazırda kollektorların üzərində tikilmiş evlərlə bağlı müzakirələr gedir. Bu istiqamətdə güman edirəm ki, yaxın günlərdə qərarlar veriləcək. İlkin olaraq mövqe təxminən ondan ibarətdir ki, hamısı sökülməlidir. Analoji hadisələrin təkrarlanmaması üçün nəinki kollektorların, bütövlükdə mühafizə zolaqlarının təmizlənməsinə ehtiyac var. Kommunal infrastruktura çıxış məsələsi ilə bağlı qərar 2023-cü ilin oktyabr ayından qüvvədədir. Amma təəssüf ki, həmin dövrdən bu yana qəbul olunan o qərar nəticə etibarilə ciddi əhəmiyyətli dəyişikliyə səbəb olmadı. Qanunsuz tikililərin yaranmasının qarşısını tam şəkildə almadı.

Düşünürəm ki, bu istiqamətdə də qərar qəbul olunmalıdır. Qanunsuz tikililərin yaranmasının qarşısını alan konkret qərar verilməlidir və bu sahədə qəti şəkildə qadağalar tətbiq olunmalıdır.”

Seçilən
15
1news.az

1Mənbələr