Dünya kinosunun əfsanəsi Merilin Monronun illərdir gizli qalan şəxsi avtomobili hərraca çıxarılır. Söhbət aktrisaya məxsus, hər kəsin diqqətini çəkən 1950-ci il istehsalı olan "Mercedes-Benz 170 S" modelindən gedir.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilir ki, avtomobili unikal edən təkcə onun sahibi deyil, həm də daxilindəki gizli detallardır. Belə ki, maşının yük yerində aktrisanın inisialları (ad və soyadının baş hərfləri) həkk olunmuş xüsusi emblem aşkar edilib.
Bundan əlavə, qoz ağacından hazırlanmış cilalanmış cihazlar panelində Merilin Monro üçün xüsusi sifarişlə hazırlanmış qızıl lövhə yer alıb.
Satışa çıxarılacaq avtomobilin ilkin start qiyməti 21 min dollar (təxminən 36 min manat) müəyyən edilsə də, ekspertlər real qiymətin qat-qat yüksək olacağını proqnozlaşdırırlar.