AZ

Dolabınızda bunlar varsa, dəbdən uzaq birisiniz - FOTO

"Klassiklər heç vaxt ölmür!" deməyin. Moda dünyasının sürətlə dəyişən mənzərəsində bir vaxtlar hər qadının qarderobunda olan bu üç vacib əşya artıq köhnəlmiş əşyalar siyahısının başındadır.

Ölkə.Az xəbər verir ki, moda yalnız yeni olanları geyinmək deyil, həm də köhnəlmiş geyimləri ayırmaq sənətidir.

2026-cı ilin stil kodları sadəlik və rahatlığa əsaslansa da, qarderobunuzun rəflərində toz yığan bəzi geyim və aksessuarlar zərifliyinizə kölgə sala bilər.

Son stil təhlillərinə görə, bir çox insanın "xilaskar" hesab etdiyi üç spesifik parça artıq müasir görünüşün ən böyük düşməninə çevrilib. Odur ki, dolabınızda olan və sizi demode göstərəcək 3 parçanı təqdim edirik:

1. Ultra hündür bel "skinny" cins şalvarlar

İllərdir əsas geyim olan bədənə yapışan, az qala sizi nəfəssiz qoyan ultra yüksək belli denim şalvarlar indi  yerini daha rahat formalara verib.

2026-cı ildə "skinny" modeli öz yerini geniş ayaqlı ("Wide-Leg”) ve “çəllək”("Barrel) formalara buraxıb. Əgər hələ də ayaqlarınızı tamamilə sıxan sərt parça cins şalvarlar geyinirsinizsə, stiliniz 2010-cu illərdə ilişib qalıb.

2. Loqolu və qaşlı qaba kəmərlər

Görkəmli brend loqotipləri və ya şişirdilmiş daş detalları olan geniş kəmərlər artıq "gözə dürtülən lüks" hesab olunur və dəbdən düşüb.

Yeni dövrün şüarı: "Səssiz Lüks". Geyimə xələl gətirən həcmli aksesuarlar əvəzinə, geyimlə mükəmməl uyğunlaşan nazik, dəri və loqotipsiz zərif kəmərlərə üstünlük verilir.

3. Platforma dabanlı idman ayaqqabıları

Əvvəllər hər mağazada gördüyümüz gizli dolğu topuqlu idman ayaqqabıları artıq estetik cəhətdən 2026-cı ilin "Retro-Futurizm" trendi ilə tamamilə ziddiyyət təşkil edir.

İndi ya tamamilə düz minimalist idman ayaqqabıları, ya da texniki detalları olan açıq hava ayaqqabıları dəbdədir.

Özünüzü daha hündür göstərmək üçün bu qalın və mürəkkəb dizaynları geyinmək sizi dəbdən uzaq göstərə bilər.

Köhnə əşyaları atmaq əvəzinə, onları yenidən istifadə etməklə və ya vintaj mağazalarına bağışlamaqla davamlı modaya töhfə verə bilərsiniz.

Billurə


 

Seçilən
25
50
olke.az

10Mənbələr