AZ

Anemiya yetkinlərdə xərçəngin gizli göstəricisi ola bilər - Alimlər

İsveçdəki Karolinska Institute alimləri müəyyən ediblər ki, yetkin yaşda ilk dəfə aşkarlanan anemiya gizli onkoloji xəstəliklərin erkən əlaməti ola bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "BMJ Oncology" jurnalında dərc olunub.

Anemiya qanda eritrositlərin (qırmızı qan hüceyrələrinin) sayının azalması və ya onların oksigen daşıma qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu hal nəticəsində toxumalar daha az oksigen alır və bu da zəiflik, yorğunluq, nəfəs darlığı və dəridə solğunluq kimi əlamətlər yaradır.

Tədqiqatda 190 mindən çox anemiya diaqnozu qoyulmuş pasiyentin məlumatları analiz edilib və anemiyası olmayan oxşar qrupla müqayisə edilib. Nəticələrə əsasən, diaqnozdan sonrakı 18 ay ərzində xərçəng 6,2 faiz kişilərdə, 2,8 faiz qadınlarda aşkarlanıb. Bu göstərici anemiyası olmayan insanlarla müqayisədə daha yüksək olub.

Həmçinin müəyyən edilib ki, anemiyası olan xəstələrdə ölüm riski, xüsusilə ilk aylar ərzində daha yüksəkdir. Əlavə analizlər göstərib ki, anemiyanın növü də əhəmiyyət daşıyır. Mikrotsitoz zamanı — eritrositlərin ölçüsünün kiçilməsi — daha çox mədə-bağırsaq sistemi şişləri və qan xəstəlikləri aşkar edilib. Makrotsitoz zamanı isə ölüm riski daha yüksək olub.

Mütəxəssislər bildirirlər ki, anemiya çox zaman müstəqil xəstəlik deyil, gizli patologiyaların, o cümlədən xərçəngin əlaməti kimi çıxış edə bilər. Sadə qan analizləri bu kimi halların erkən aşkarlanmasında və xəstələrin vaxtında əlavə müayinələrə yönləndirilməsində mühüm rol oynaya bilər.

NURİYYƏ

Seçilən
10
1
redaktor.az

2Mənbələr