AZ

Azərbaycan dilinin rəqəmsal ekosistemi üzrə tədqiqatlar aparılır

Bakı, 13 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemlərinə dair tədqiqatlar aparılır.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, rəqəmsal dövlət platformasında Azərbaycan dili ekosisteminin inkişafı istiqamətində, xüsusilə rəqəmsal tibbi terminologiya sisteminin formalaşdırılması üzrə araşdırmalar həyata keçirilir. Bu istiqamətdə “Kibersuveren dövlətin formalaşdırılması və onun informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” adlı elmi-tədqiqat layihəsi icra olunur.

Mütəxəssislərin sözlərinə görə, dil suverenliyinin qorunması və möhkəmləndirilməsi baxımından əsas məsələlərdən biri transliterasiya sahəsində mövcud problemlərin aradan qaldırılmasıdır. Bu məqsədlə intellektual transliterasiya sistemlərinin hazırlanması və həmin sistemlərdə süni intellekt texnologiyalarının tətbiqi imkanlarının araşdırılması aktual elmi-praktik vəzifələr sırasında yer alır. Aparılan tədqiqatlar milli dilin texnoloji mühitdə mövqeyinin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsinə xidmət edir.

Seçilən
14
1
azertag.az

2Mənbələr