AZ

Yağışlar nəticəsində Böyük Mərdəkan qəsrində çökmə halları qeydə alınıb, giriş məhdudlaşdırılıb

Bakı, 13 aprel, AZƏRTAC

Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində aprelin 12-də Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, Dövlət xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Seçilən
0
37
azertag.az

10Mənbələr