AZ

Millət vəkili Sevil Mikayılova İstanbulda keçirilən Parlamentlərarası İttifaq İcraiyyə Komitəsinin iclasında iştirak edib (FOTO)

Bakış Trend:

Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandanolan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil MikayılovaMilli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən IPUİcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında iştirakedib.

Bu barədə Trend xəbər verir.

Açılışda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşiştirak edib.

Parlamentlərarası İttifaqın (IPU) Avrasiya Qrupu üzrə İcraKomitəsinin vitse-prezidenti S. Mikayılova həmçinin 15-19 apreltarixlərində İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın152-ci Assambleyasında iştirak edəcək. Tədbirdə Parlamentlərarasıİttifaqın bütün qanuni orqanları, o cümlədən İdarə Heyəti, daimikomitələr, parlamentin insan hüquqları, Yaxın Şərq və səhiyyəkomitələri, eləcə də Qadın Parlamentçilər Forumu və GəncParlamentçilər Forumu iştirak edəcək.

Assambleyanın ümumi müzakirəsi "Ümidin qorunması, gələcəknəsillər üçün sülhün və ədalətin təmin edilməsi" mövzusu altındakeçiriləcək və müzakirə, fikir mübadiləsi və parlamenttəşəbbüslərinin inkişafı üçün platforma təmin edəcək.

Assambleyanın nəticələrindən sonra təcili məsələ ilə bağlı,eləcə də Sülh və Beynəlxalq Təhlükəsizlik üzrə Daimi Komitənin -"Münaqişədən sonrakı effektiv idarəetmə mexanizmlərinin inkişafetdirilməsində və ədalətli və davamlı sülhün bərpasındaparlamentlərin rolu" və Davamlı İnkişaf üzrə Daimi Komitənin -"Ədalətli və davamlı qlobal iqtisadiyyatın formalaşdırılması:Proteksionizmlə mübarizədə, tariflərin azaldılmasında və korporativvergi ödəməkdən yayınmanın qarşısının alınmasında parlamentlərinrolu" mövzularında qətnamələrin qəbul edilməsi planlaşdırılır.

Assambleyanın ümumi müzakirənin əsas mövzusu üzrə yekun sənədinqəbul edilməsi ilə başa çatacağı gözlənilir.

Millət
Millət
Millət
Seçilən
15
5
az.trend.az

6Mənbələr