AZ

S.Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Şeir kimi ömür” adlı ədəbi-bədii gecə keçirilib

2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) anadan olmasının 120 illiyi tamam olur.  

Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Səməd Vurğunun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə sənəddən irəli gələn məsələlərin həlli tapşırılıb. 

Qazax Dövlət Dram teatrında Qazax Dövlət Sosial İqtisadi Kolleci və Qazax Rayon İcra Hakimiyyətinin birgə təçkilatçılığı ilə iyirminci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Şeir kimi ömür” adlı ədəbi-bədii gecə keçirilib. 

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, dərin klassik köklərə bağlı olan Azərbaycan poeziyası dünya mədəniyyətinə Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Vidadi, Seyid Əzim, Sabir və Şəhriyar kimi görkəmli sənətkarlar bəxş edib. Onların sırasında XX əsr ədəbi-bədii dilimizin saflığını, büllurluğunu qoruyub saxlayan Səməd Vurğun da vardır.

Səməd Vurğun zəngin xalq ədəbiyyatımızdan ustalıqla bəhrələnərək yeni bir sənətkarlıq məktəbi yaradıb. İlk şeirlərindən başlayaraq dilimizin gözəlliyini və qüdrətini hər şeydən üstün tutub və bu dildə möhtəşəm sənət əsərləri yaradıb. Səməd Vurğunun ədəbiyyata gəlişi çox şeyi dəyişib. Gənclər arasında ona çatmaq, onun kimi yaza bilmək uğrunda yarış başlayıb. Bu, ümumilikdə poeziyamızın inkişafına güclü təkan verib. Fitri istedadı ilə bütün ədəbi ictimaiyyətin diqqətini öz üzərinə cəmləmiş Səməd Vurğun tezliklə o zamankı Sovetlər dövlətinin hər bir yerində məşhurlaşmağa başlayıb. Müxtəlif dillərin nümayəndələri onun əsərlərini öz dillərinə tərcümə ediblər. Onunla dost olan bütün şairlər Səməd Vurğunu həmişə diqqət mərkəzində saxlayıb, yaradıcılığını çox diqqətlə izləyiblər. Yurduna, Vətəninə möhkəm vurğun olan Səməd doğma Azərbaycanı qarış-qarış gəzib, onun füsunkar təbiətindən doymayıb. Dünyalar qədər məşhur olan “Azərbaycan” şeirində bunu çox aydın görmək mümkündür. Doğrudur, Azərbaycan haqqında çoxlu sayda şeirlər yazılıb. Lakin onların sırasında Səməd Vurğunun yazdığı “Azərbaycan” şeiri əvəzsiz bir sənət nümunəsidir. Uşaqdan-böyüyə hamının heç olmasa 5 misra da olsun əzbər bildiyi bu şeir möcüzədir.

 AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək dahi şairin həyat və yaradıcılığından danışıb. Onun Azərbaycan ədəbiyyatındakı xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Tələbələrin ifasında böyük şairin şeirləri səslənib.

Aşıq Samir Cəlaloğlu şairin şeirlərinə həsr olunmuş mahnılar ifa edib. 

Poliqon.info

Seçilən
56
poliqon.info

1Mənbələr