AZ

ABŞ-nin İran blokadası dünya iqtisadiyyatını çökdürə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Al Jazeera"nın icmalçısı Ceyms Beys bildirir ki, ABŞ-nin İran limanlarını blokadaya alması dünya iqtisadiyyatına İrandan daha çox zərər vura bilər. Ekspertin fikrincə, 1979-cu ildən sanksiyalar altında yaşayan İran yüksək iqtisadi müqavimət göstərdiyi halda, qlobal bazar bu gərginliyə qarşı daha həssasdır.

Hərbi əməliyyatlar dövründə neft qiymətlərinin kəskin yüksəlməsi və Hörmüz boğazından keçid haqları sayəsində İranın gəlirləri ikiqat artıb. Tehran blokadanı qanunsuz adlandırıb və müharibədən sonra strateji boğaz üzərində daimi nəzarət mexanizmi quracağını bəyan edib. Qlobal iqtisadiyyatın bu prosesdən "daha sürətli və daha dərindən" zərər görəcəyi proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr