AZ

“Rusiya ilə praqmatik əməkdaşlığa hazırıq” − Madyar


“Budapeşt Rusiya ilə praqmatik əməkdaşlığa hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Macarıstan parlament seçkilərində qalib gələn müxalifət “Tisa” partiyasının lideri Peter Madyar mətbuat konfransında bildirib.
“Mən Moskva və Kremlin, həmçinin Pekinin də öz fikrini bildirdiyini gördüm. Macarıstan seçicilərinin, macar xalqının qərarına hörmət etdiklərinə görə onlara təşəkkür edirəm. Macarıstan kimi praqmatik əməkdaşlığa açıq olduqlarına görə də təşəkküsr edirəm. Çünki coğrafiya coğrafiyadır”, - Madyar bildirib.
Qeyd edək ki, daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hakimiyyətinin yeni Macarıstan rəhbərliyi ilə çox praqmatik əlaqələri davam etdirməyi gözlədiyini, lakin onları təbrik etməyəcəklərini bildirib.
Seçilən
5
yeniavaz.com

1Mənbələr