AZ

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

İstanbul, 13 aprel, AZƏRTAC

Aprelin 15–dən 19-dək İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası keçiriləcək. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil olunan tədbirə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bu barədə AZƏRTAC-a Türkiyə Böyük Millət Məclisindən (TBMM) bildirilib.

Dünyanın müxtəlif ölkələrindən parlament sədrləri və deputatların iştirak edəcəyi tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edəcək.

Assambleyada “Ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və gələcək nəsillər üçün ədalətin qorunması” mövzusunda müzakirələr aparılacaq.

Tədbir çərçivəsində Assambleya sessiyaları, daimi komitə müzakirələri, forumlar və tematik görüşlər daxil olmaqla 80-dən çox tədbirin keçirilməsi planlaşdırılır.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Seçilən
34
10
azertag.az

10Mənbələr