AZ

Vaşinqton məsləhətləşmələr zamanı tələblərini daim dəyişdirirdi:Əraqçi



İran və ABŞ İslamabadda razılığa gələ bilməyiblər, çünki Vaşinqton danışıqlar zamanı tələblərini daim dəyişdirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, fransalı həmkarı Jan-Noel Barro ilə söhbəti zamanı bildirib ki, danışıqlar zamanı hansısa razılaşmanın əldə olunmasına Birləşmiş Ştatlar əngəl olub.

"Amerika Birləşmiş Ştatları maksimalist yanaşması və tələblərdə daimi dəyişikliklər üzündən razılaşmanın əldə edilməsinə mane olub",-deyə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Mehman
Seçilən
22
1
newscenter.az

2Mənbələr