AZ

Pavel Durovun anasının Sankt-Peterburqdakı mənzili YANIR – FOTO/VİDEO

Sankt-Peterburqda Pavel Durovun anasına məxsus mənzilin yerləşdiyi tarixi binada yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqun Nevski prospektində yerləşən tarixi binada iri miqyaslı yanğın qeydə alınıb. Yanğın binanın çardaq hissəsində başlayıb və alov Pavel Durovun anası Albina Durovaya məxsus mənzilin birbaşa üzərini əhatə edib.

Məlumata görə, Albina Durovaya aid olan 131 kvadratmetrlik mənzilin kadastr dəyəri təxminən 32 milyon rubl (təxminən 714 000 manat) təşkil edir və 2008-ci ildən bəri mülkiyyətçi dəyişməyib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. 600 kvadratmetr sahəni əhatə edən yanğın səbəbindən Nevski prospekti tamamilə bağlanıb.

Yanğınsöndürənlər binadan 18 nəfəri xilas edə biliblər. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr