AZ

Bəhreyn İraqa nota verib

Bəhreyn bu gün İraq səfirliyinin müvəqqəti işlər vəkilini İraq ərazisindən Bəhreynə və digər Körfəz ölkələrinə yönələn “pilotsuz uçuş aparatlarının hücumları” ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə Bəhreyn Xəbərlər Agentliyi məlumat yayıb.

Məlumata görə, Bəhreyn Xarici İşlər Nazirliyi İraq ərazisindən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı həyata keçirilən “zərərli dron hücumlarını” kəskin şəkildə pisləyib.

Nazirlikdə keçirilən görüş zamanı ikitərəfli əlaqələr üzrə baş direktor Şeyx Abdullah bin Əli Al Xəlifə İraq diplomatı Əhməd İsmayıl al-Karaviyə rəsmi etiraz notası təqdim edib.

O vurğulayıb ki, İraq bu təhdid və hücumlara regional və beynəlxalq hüquqa uyğun şəkildə təcili və məsuliyyətli cavab verməlidir.

Bəyanatda həmçinin qeyd olunub ki, Bəhreyn sabitliyini, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyini qorumaq üçün “bütün zəruri tədbirləri görmək hüququnu” özündə saxlayır.

Seçilən
16
8
apa.az

9Mənbələr