AZ

Ağ qorillaya oxşayırlar Plastik əməliyyatlılardan DANIŞDI

Milli.az saytına istinadən ain.az xəbər verir.

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatlarla bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi "Öz aramızda" verilişində bəzi qadınların estetik müdaxilələrdən sonra oxşar görkəmə düşdüyünü bildirib. O, qeyd edib ki, plastik əməliyyatların əleyhinə deyil, lakin təbiiliyin qorunmasının tərəfdarıdır.

Məhərrəmli açıqlamasında bildirib ki, son vaxtlar həddindən artıq estetik dəyişikliklər nəticəsində insanların bir-birinə bənzədiyini müşahidə edir:

"Yeni tendensiya başlayıb: yanaq həddindən artıq şişir, qəmzə çox dərin edilir, dişlər isə qeyri-təbii görünür. Bir yerdə oturmuşdum, yan masada 5-6 xanım vardı, hamısı bir-birinə bənzəyirdi. O mənzərəni bir daha görmək istəmirəm. Mən plastik əməliyyatın əleyhinə deyiləm, əksinə tərəfdarıyam, amma təbiilik qalmaq şərti ilə".

Müğənni  əlavə edib ki, hər kəs istəsə estetik müdaxilə etdirə bilər, lakin həddən artıq dəyişikliklərin xoş görüntü yaratmadığını vurğulayıb.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
4
news.milli.az

5Mənbələr