AZ

Ötən il sığorta şirkətlərinin investisiya portfeli 6% azalıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6% və ya 93 mln. manat azalaraq 1 mlrd. 441 mln. manat təşkil edib.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib.

Qeyd edilib ki, Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının emissiyasının azalması sığorta şirkətlərinin investisiya seçimlərini məhdudlaşdırıb. Bu səbəbdən sığortaçılar alternativ alətlərə yönəlib, xüsusilə repo və əks-repo bazarında aktiv iştirak edib.

Qeyd olunub ki, həyat sığorta şirkətlərinin aktivlərinin 67%-ni, qeyri-həyat sığorta şirkətlərinin isə 68%-ni investisiya portfeli təşkil edir.

Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət qiymətli kağızları, korporativ qiymətli kağızlar və depozitlərdən ibarətdir.

Eyni zamanda, 2025-ci ildə sığorta sektoru investisiya fəaliyyətindən 119,6 mln. manat gəlir əldə edib ki, bu da ümumi gəlirlərin 7,4%-nə bərabərdir.

Qeyd edək ki, investisiya imkanlarının məhdudlaşmasına baxmayaraq, sığorta şirkətləri bazarda institusional investor kimi aktivliyini qoruyur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
3
apa.az

4Mənbələr