AZ

İmişlidə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb YENİLƏNİB

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

İmişli, 13 aprel, AZƏRTAC

Aprelin 13-də saat 13 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (1 kişi, 3 qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sağ bazu sümüyünün aşağı üçdəbirinin yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişən sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

14:26

İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhərinə gedən avtomobil yolunun Çahar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. “Mercedes” yoldan çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azertag.az

1Mənbələr