AZ

“Fürsətdən istifadə etmək lazımdır...” Paşinyan iri sahibkarlarla görüşüb

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla əldə olunmuş sülh razılaşması fonunda yeni iqtisadi inkişaf mərhələsinə daxil olduğunu bildirib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan bu fikirləri iri sahibkarlarla görüş zamanı səsləndirib.

Baş nazir qeyd edib ki, yaxın gələcəkdə Ermənistan üçün mühüm hadisələr gözlənilir və bunların başında TRIPP (Zəngəzur) layihəsinin işə salınması dayanır. Onun sözlərinə görə, bu layihə ölkənin tam şəkildə blokadadan çıxması baxımından həlledici əhəmiyyət daşıyır.

Paşinyan bildirib ki, faktiki olaraq Ermənistan artıq blokadanı qismən aradan qaldırıb. O vurğulayıb ki, Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yükdaşımalar mümkündür və həyata keçirilir. Eyni zamanda, ixracın Gürcüstan üzərindən dəmir yolu ilə həyata keçirildiyini qeyd edən baş nazir əlavə edib ki, Azərbaycanla dəmir yolu əlaqəsi ilkin mərhələdə məhz TRIPP layihəsi çərçivəsində açılacaq.

Onun sözlərinə görə, əldə olunan siyasi razılaşmaya əsasən, bu dəmir yolu xətti heç vaxt bağlanmayacaq və bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrut olacaq.

Paşinyan həmçinin bildirib ki, 2018-ci ildən etibarən Ermənistanın ümumi daxili məhsulu real qiymətləndirmələrə görə 53 faiz artıb. O qeyd edib ki, ölkə iqtisadiyyatı artıq elə bir mərhələyə çatıb ki, biznes, dövlət və işçi münasibətləri yeni əsaslar üzərində qurulmalıdır.

O əlavə edib ki, hazırda Ermənistan tarixində görünməmiş imkanlar dövrünü yaşayır və bu fürsətlərdən davamlı şəkildə istifadə olunmalıdır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr