AZ

Daha bir prezident ABŞ a meydan oxudu: “Trampdan qorxmuram!”

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kuba prezidenti ABŞ-dan qorxmadığını bəyan edib.Modern.az xəbər verir ki, NBC News telekanalı Kuba prezidenti Migel Dias-Kanel ilə müsahibə yayımlayıb. O deyib: “Mən qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram”.Bu, onun Amerika televiziya kanalına verdiyi ilk müsahibədir.

Dias-Kanel bildirib ki, kubalılar “müharibə istəmirlər” və ölkə ABŞ ilə dialoqa hazırdır. “Amma əgər ABŞ-ın müdaxiləsi baş verərsə, mübarizə olacaq, biz döyüşəcəyik və lazım gələrsə, öləcəyik”, - deyə o vurğulayıb.Kuba prezidenti həmçinin qeyd edib ki, ölkəyə qarşı tətbiq olunan hazırkı blokada ədalətsizdir, ABŞ hökumətinin hərəkətləri isə qüsurlu və pisdir.

Prezidentin sözlərinə görə, ABŞ-ın Kubaya qarşı hərbi təcavüzə başlaması üçün heç bir əsas yoxdur və bu, məntiqsiz qərar olardı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
modern.az

1Mənbələr