AZ

Mbappe "Bavariya" ilə matça hazırlaşır

style='margin-bottom:10px;'>

"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya qarşı cavab matçında iştirak edə biləcək.

QOL.az xəbər verir ki, insayder Fabrisio Romanonun məlumatına görə, zədəsini sağaldan fransalı forvard artıq komanda məşqlərinə qayıdıb və oyuna hazır vəziyyətdədir.

Xatırladaq ki, Mbappe La Liqanın 31-ci turunda "Jirona" ilə matçın (1:1) son dəqiqələrində zədələnmişdi. 

Qeyd edək ki, "Real" aprelin 15-də Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Bavariya"nı qəbul edəcək. İlk görüşdə Madrid təmsilçisi 1:2 hesabı ilə uduzub.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr