AZ

4200 il əvvəl Yerdə güclü sivilizasiyaların süqutuna səbəb ola biləcək hadisə baş verib?

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Buz nüvələrindəki hissəciklər və qazlar, ağac halqaları və fosil tozcuqlar kimi məlumatlar sayəsində alimlər Yer iqliminin keçmişini yenidən qurmağa imkan tapırlar. 

Qaynarinfo xəbər verir ki, "IFLScience”in yazdığına görə, bu metodlarla tədqiqatçılar yaxın geoloji keçmişdə baş vermiş anomaliya xarakterli bir hadisənin izlərini aşkarlayıblar.

Söhbət təxminən 4200 il əvvəl baş vermiş və təxminən bir əsr davam etdiyi düşünülən iqlim dəyişikliklərindən gedir. Bu hadisənin Qədim Misir və Mesopotamiyadakı Akkad imperiyası da daxil olmaqla bir neçə sivilizasiyanın süqutunda rol oynamış ola biləcəyi hesab olunur.

İlk sübutlar 1990-cı illərin əvvəlində arxeoloq Harvi Vays tərəfindən Suriyanın şimal-şərqində aparılan qazıntılar zamanı tapılıb. Torpaq nümunələrinin analizi nəticəsində təxminən e.ə. 2200-cü ilə aid, canlı orqanizmlərin izinin olmadığı qalın toz təbəqəsi aşkar edilib. Bu, həmin dövrdə uzunmüddətli quraqlıq və yaşayışsız mühitin mövcud olduğunu göstərir.

"Bu hadisənin səbəbi barədə izahımız yox idi”, deyə Vays 2022-ci ildə "Nature” jurnalına bildirib.

Hadisənin Akkad imperiyasının süqutundan bir qədər əvvəl baş verdiyi güman edilir. Şəhərlər tərk edilib və imperiya öz varlığını itirib. Himalay mağaralarındakı stalagmitlər və Çin ərazilərindəki gil təbəqələri bu hadisənin yalnız lokal olmadığını göstərir.

Tədqiqatçılara görə, bəzi Çin arxeoloji sahələrində tapılan gil təbəqəsi böyük daşqınlarla və ya iqlim dəyişiklikləri ilə əlaqəli ola bilər. Eyni zamanda insan fəaliyyətinə dair (məsələn, müharibə izləri) sübutlar aşkar edilməyib.

Bəzi alimlər bu hadisənin qlobal xarakterini müzakirə etsə də, Beynəlxalq Komissiya onu "4200 il hadisəsi” kimi tanıyaraq gec Holosen dövrünün yeni mərhələsi – Meqhalaian mərhələsinin başlanğıcı kimi qəbul edib.

Hadisənin səbəbi ilə bağlı müzakirələr davam edir. Bəzi tədqiqatçılar bunu Atlantik okeanının meridional dövranının (AMOC) zəifləməsi ilə əlaqələndirirlər. Modellərə görə, bu proses güclü quraqlıqlara səbəb ola bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
qaynarinfo.az

2Mənbələr