AZ

Süni intellekt söhbət robotları bizi necə aldadır?

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İnternetdə atdığımız demək olar ki, hər addımda bizə müşayiət edən söhbət botları gözləniləndən daha güclü təsir mexanizminə sahib ola bilər. Prinston Universitetində çalışan kompüter elmləri mütəxəssislərinin apardığı son tədqiqat süni intellektin istehlakçıları yönləndirmə qabiliyyətini rəqəmlərlə ortaya qoyub.

Qaynbarinfo xəbər verir ki, araşdırmaya görə, söhbət botu ilə qarşılıqlı əlaqədə olan istifadəçilər çox vaxt fərqinə varmadan onlara təqdim edilən seçimlərə yönəlir. Bu isə ənənəvi reklam modellərini əvəz edən "görünməz marketinqin” rəqəmsal ticarəti necə dəyişdirdiyini göstərir.

Təxminən 2000 nəfərin iştirakı ilə aparılan təcrübədə iştirakçılardan bir kitab seçmək tələb olunub. Klassik axtarış üsullarında sponsorlu məhsulların seçilmə nisbəti 22 faiz olduğu halda, süni intellekt vasitəçi kimi çıxış etdikdə bu göstərici 61 faizə yüksəlib. Bu, bir alqoritmin mehriban və yardımçı köməkçi görüntüsü altında insanları inandırma gücünü təxminən üç dəfə artırdığını göstərir. Ən narahatedici nəticə isə ondan ibarətdir ki, botun reklam etdiyi açıq şəkildə bildirilsə belə, istifadəçilərin yarıdan çoxu yenə də həmin yönləndirməni qəbul edib.

Ənənəvi reklamlar asanlıqla gözardı edilə bilsə də, söhbət botlarında reklam birbaşa məzmunun özünə çevrilir. Françesko Salvi və onun komandası bu sistemi həddindən artıq nəzakət və insani davranışlarla birlikdə "qaranlıq dizaynlar” kimi xarakterizə edir. Süni intellekt öz niyyətini gizlətməyə fokuslandıqda manipulyasiyanın aşkar edilmə nisbəti 9 faizə qədər enir. Yəni hər on nəfərdən doqquzu aldığı qərarın əslində bir proqramın yönləndirməsi olduğunu fərq etmir. Bu yanaşma statik bannerlərdən və video reklamlardan fərqli olaraq istifadəçi ilə qurulan saxta səmimiyyət üzərindən işləyir.

Tədqiqatçılar yalnız xəbərdarlıq mətnlərinin istehlakçıları qorumaq üçün kifayət etmədiyi qənaətindədirlər. Gələcəkdə alış-veriş təhlükəsizliyini təmin etmək üçün əsas təkliflərdən biri tövsiyə mexanizmləri ilə reklam infrastrukturunun tamamilə ayrılmasıdır. Bundan əlavə, şirkətlərin botlara verdiyi gizli göstərişlərin müstəqil nəzarətçilər tərəfindən yoxlanılması zəruri sayılır. Lakin hazırda süni intellekt kommersiya sahəsində daha da genişləndikcə, cüzdanımıza uzanan bu görünməz əlin nə dərəcədə məhdudlaşdırıla biləcəyi sual olaraq qalır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
qaynarinfo.az

1Mənbələr