AZ

Ermənistan Azərbaycanla sülhün yaratdığı yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistan Azərbaycanla bağlanmış sülh sazişi nəticəsində yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sahibkarlarla görüşündə məlumat verib.

Baş nazir bildirib ki, yaxın gələcəkdə önəmli hadisələr gözlənilir. Bunların başında TRIPP layihəsinin işə düşməsi dayanır. Layihə Ermənistanın blokadadan çıxması baxımından həlledici əhəmiyyətə malikdir. Paşinyan qeyd edib ki, artıq Ermənistan əslində blokadanı dəf edib: “Bilirik ki, Azərbaycan ərazisindən də Ermənistanla yükdaşımaları həyata keçirmək mümkündür. Eyni zamanda, idxal və ixrac əməliyyatları Gürcüstan ərazisi vasitəsilə də mümkündür. TRIPP layihəsi çərçivəsində isə Azərbaycanla dəmiryolu birləşməsini ilk olaraq açacağıq. Bu çox önəmlidir və siyasi razılaşmaya əsasən, bu dəmiryolu heç vaxt bağlanmayacaq. Başqa sözlə, bu həm idxal, həm ixrac üçün etibarlı marşrut olacaq”, - deyə o qeyd edib.

Paşinyan 2018-ci ildən bəri Ermənistanın ÜDM-inin real qiymətlərlə 53% artdığını vurğulayıb. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı indi o nöqtəyə gəlib ki, müəssisələr, dövlət və işçi münasibətləri yeni prinsiplər əsasında inkişaf etməlidir. Bu baxımdan, baş nazir sahibkarların fikirlərini eşitmək və müzakirələr aparmaq üçün görüşün vacib olduğunu qeyd edib.

“Mən inanıram ki, Ermənistan qarşısında tarixində heç vaxt olmadığı qədər geniş imkanlar açılır. Bu fürsətlərdən davamlı istifadə etməyi bacarmalıyıq. Əlbəttə, hökumət bunu iqtisadiyyatın real sektorunda əsas rol oynayanlarla birlikdə həyata keçirə bilər. Bu, mənim əsas mesajım və diqqət çəkmək istədiyim məsələdir”, - deyə o əlavə edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr