AZ

Samir Hümbətov: Macarıstanın Azərbaycanla münasibətlərinin Viktor Orbanın dövründəki səviyyədə olub olmayacağını zaman göstərəcək

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Viktor Orban Macarıstanda keçirilən ümumi seçkilərdə 16 ildən sonra hakimiyyəti itirib. Seçkilərdə Peter Magyar liderlik etdiyi Tisza (Sayğı və Azadlıq) Partiyası böyük üstünlüklə qalib gəlib. Orban rəqibini telefonla arayaraq qələbə münasibətilə təbrik edib.Macarıstanda keçirilən seçkilərin nəticəsi bu ölkənin Azərbaycan ilə siyasətinə necə təsir edə bilər?Bu siyasi dəyişiklik Macarıstanın daxili və xarici siyasətində hansı yeniliklərə səbəb ola bilər?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Viktor Orbanın Azərbaycanla münasibətləri çox yaxşıdır və hakimiyyətdə olduğu 16 il ərzində bu münasibətlər yüksək səviyyədə münasibətlər olub, amma yeni hökumət Peter Magyar höküməti hələ yeni seçilib.

Samir Hümbətov hesab edir ki, Macarıstanın ümumi yanaşması bundan ibarətdir ki, bəzi dövlətlər var ki, orada hakimiyyətlər dəyişməsinə baxmayaraq, o dövlətlərin münasibətləri konkretdir, yəni hansısa siyasi qüvvəyə görə dəyişmir.

“Macarıstanda Azərbaycana qarşı mövqedə elə bir ciddi dəyişikliyin olacağını düşünmürəm. Ən azı ona görə ki, Macarıstan dövləti bu gün Azərbaycandan qaz alışını həyata keçirir, yəni enerji sahəsində əməkdaşlıq edirik və hətta böyük ehtimalla yaxın gəncdə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq reallaşacağı gözlənilir. Çünki 2022-ci ildə bununla bağlı bir müqavilə də imzalanıb”-deyə politoloq qeyd edib.

“Macarıstanla münasibətlərimizdə elə bir soyuqluq olacağı mümkün görünmür. Ən azından real vəziyyətdən çox da kənara çəkilə bilməzlər. Təbii ki, Orbanın dövründəki səviyyədə olub-olmayacağını artıq zaman göstərəcək. Baş verən beynəlxalq siyasi vəziyyət, proseslər bu məsələni aydınlaşdırmağa kömək edir. Amma hər vəziyyətdə, yəni bizim yeni hökumətlə münasibətlərimizin də yüksək səviyyədə bütün tərəflərin maraq göstərəcəyinə inam böyükdür”-deyə politoloq Samir Hümbətov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr