AZ

Orban məğlub oldu, Aİ Ukrayna üçün 90 milyard avroluq kreditin açılmasını nəzərdən keçirir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı (Aİ) Macarıstanın baş naziri Viktor Orbanın seçkilərdə məğlubiyyətindən sonra Ukrayna üçün nəzərdə tutulmuş 90 milyard avroluq krediti yekun razılaşdırmağı planlaşdırır. Orban əvvəllər bu maliyyə paketini bloklamışdı.

Bizimyol.info xəbər verir ki, "Bloomberg"in verdiyi məlumata görə, dövri əsasda İttifaqa sədrlik edən Kipr məsələni mümkün qədər tez bir zamanda Aİ ölkələrinin səfirlərinin iclasına çıxaracaq. Avropa liderləri artıq Macarıstan müxalifətinin rəhbəri Peter Madyaarı təbrik edib; o, yaxın əməkdaşlıq vəd edib.

Brüsseldə ümid edilir ki, Macarıstan bir sıra mövcud məsələlərə sürətlə qoşulacaq. Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius aprelin 13-də bildirib ki, Berlində seçkilərdən sonra Ukraynaya maliyyə yardımının tezliklə açılacağı gözlənilir.

Peter Madyaar isə Macarıstanı AB-nin siyasi “əsas axınına” qaytarmaq istədiyini bildirib. Onun prioritetləri arasında korrupsiyaya qarşı qanunvericiliyin sürətli qəbul edilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi və KİV və akademik sahədə azadlığın təmin edilməsi gözlənilir.

Ekspertlər Madyaarın Ukraynaya qarşı daha müsbət mövqe sərgiləyəcəyini, bu sayədə Brüsseldən maliyyə üstünlükləri əldə edə biləcəyini bildirirlər. Lakin Madyaar hələlik Ukrayna üçün kredit məsələsində və AB-nin Rusiyaya qarşı 20-ci sanksiya paketindəki mövqeyini açıqlamayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski artıq bildirib ki, “hər iki xalqın, eləcə də Avropada sülh, təhlükəsizlik və sabitlik naminə görüşlərə və konstruktiv işə hazırdır.”

Fevralın əvvəlində AB uzun müzakirələrdən sonra növbəti iki il üçün Ukraynaya 90 milyard avroluq kredit mexanizmini təsdiqləmişdi. Bunun 60 milyardı hərbi yardım, 30 milyardı isə Ukraynanın büdcə xərclərinin ödənilməsinə yönəldiləcəkdi. Kreditin faizlərini AB ödəyəcək, Ukrayna isə borcu yalnız Rusiya təzminat ödədikdən sonra qaytaracaq.

Macarıstan AB-nin Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq krediti bloklamışdı. Fevralda Macarıstanın AB-dəki səfiri blokun bu məbləği Ukraynaya Avropa Büdcəsi ilə zəmanət verilmiş borc vasitəsilə verməsinə etiraz etmişdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
47
bizimyol.info

10Mənbələr