AZ

“Siniflərdə 20 25 nəfər şagirdin olması daha məqbul sayılmalıdır” ŞƏRH

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Siniflərdə uşaq sayının çox olması və bunun tədris prosesində çətinliklər yaratması illərdir davam edən problemdir.

Bu məsələ həm şagirdləri, həm valideynləri, həm də müəllimləri narahat edir.

Ekspertlər hesab edir ki, beynəlxalq təcrübəyə görə sinifdə ideal şagird sayı 15–20, standart şagird sayı isə 20–26 arasındadır.

Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Arzuxan Ələzadə məsələyə münasibət bildirib.

Arzuxan Ələzadənin sözlərinə görə, sinifdə 25-dən çox şagird olmamalıdır. Əks halda, müəllim fənni tam şəkildə öyrədə bilmir:

“Bir sinifdə əgər 40 ətrafında, bəzən aşağı, bəzən isə 40-dan artıq şagirdin təhsil alması birmənalı olaraq həmin şagirdlərə tədris olunan fənnin çatdırılması baxımından problem yaradır və bununla bağlı müəllimlər mütəmadi olaraq öz narahatlıqlarını ifadə ediblər. Regionlarda, xüsusilə də müəllim çatışmazlığı ilə bağlı məsələdə şagird sıxılığı mühüm rol oynayır. Hesab edirəm ki, siniflərdə 20–25 nəfər şagirdin olması daha məqbul sayılmalıdır”.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə şagird sayı 30-dan çox olan 7 520 sinif var. Bu rəqəm bütün siniflərin 11 faizini təşkil edir. Şagird sıxılığının daha çox müşahidə olunduğu məktəblər əsasən Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərdə, həmçinin Abşeron rayonu üzrə yeni salınmış qəsəbələrdə yerləşir.

Firuzə

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
icma.az

1Mənbələr