AZ

Karlıq tarixə qovuşdu

Saglamolun saytından alınan məlumata görə, ain.az bildirir.

DÜNYADA İLK DƏFƏ 

Cənubi Afrikada tibb tarixində ilk dəfə orta qulaq sümüklərinin tam bərpası 3D çap texnologiyası vasitəsilə həyata keçirilib. Əməliyyat Pretoriyada yerləşən Hospital-da icra olunub və anadangəlmə orta qulaq inkişaf etməməsi olan pasiyentdə tətbiq edilib.Cərrahlar orta qulağın 3 əsas sümüyü — çəkic, zindan və üzəngi sümüklərini tam şəkildə yenidən quraraq transplantasiya edib. Bu, eşitmə sisteminin ən incə və mürəkkəb strukturlarından biri hesab olunur. Prosedur Maşudu Tşifularo tərəfindən həyata keçirilib. Həkimin sözlərinə görə, əməliyyat zamanı biouyğun titan istifadə olunub və bu material orqanizm tərəfindən yaxşı qəbul edilir.Əməliyyatın əsas üstünlüklərindən biri minimal invaziv yanaşmadır. Endoskopik üsul sayəsində daha az kəsik aparılır, sağalma müddəti qısalır və çapıq riski minimuma enir. Həkimlər bildirib ki, texnologiya həm uşaqlarda, həm də böyüklərdə tətbiq olunur.Mütəxəssislərin fikrincə, bu yanaşma anadangəlmə qüsurlar, travmalar və infeksiyalar nəticəsində yaranan eşitmə problemlərinin müalicəsində inqilabi addımdır və gələcəkdə daha geniş istifadə oluna bilər.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
saglamolun.az

1Mənbələr