ain.az bildirir, Xalqcebhesi portalına istinadən.
İsrail ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etmək qərarını dəstəkləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.
Netanyahunun fikirlərini Baş nazirin dəftərxanası yayıb. ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlardan danışan o, dialoqun İran tərəfinin təqsiri üzündən uğursuzluğa düçar olduğunu iddia edib. "İran qaydaları pozduğuna görə, ABŞ Prezidenti Donald Tramp onlara qarşı dəniz blokadası tətbiq etmək qərarına gəlib. Biz, əlbəttə ki, bu qətiyyətli mövqeyi dəstəkləyirik və ABŞ ilə daimi təmasdayıq", — deyə İsrailin Baş naziri bildirib.
Məryəm Quliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.