AZ

Rusiya TRIPP layihəsinə mane olur Əziz Əlibəyli

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Aprelin 1-də Ermənistanın Baş naziri ilə Rusiya prezidenti arasında baş tutan görüşlərdə həmin risklərin şahidi olduq"

"Bəzi iddialara görə, Paşinyan seçkilərdə hakimiyyətinin toxunulmazlığına təminat verilməsi qarşılığında Kremlə TRİPP layihəsini təklif edib"

ABŞ-nin vasitəçiliyi əsasında 2025-ci il avqustun 9-da Ermənistanla Azərbaycan arasında imzalanan birgə bəyannaməyə əsasən "Tramp Marşrutu" layihəsi ərsəyə gəldi. TRIPP region üçün strateji əhəmiyyət daşısa da, onun reallaşması siyasi razılaşmalar, investorların iştirakı və böyük güclər arasında maraq balansından asılı olaraq qalır.

Məsələ aprelin 10-12-si tarixlərində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri ilə yenidən müzakirə mövzusuna çevrilib. Görüşdə, TRIPP layihəsinin regionun nəqliyyat mənzərəsini dəyişdirəcəyi vurğulanıb. Lakin layihə ilə bağlı Ermənistanın siyasi dairələrində ziddiyyətli fikirlər var. Bir tərəfdən Nikol Paşinyan yaxın gələcəkdə “Tramp marşrutu”nun işə salınması ilə bağlı mühüm hadisələrin baş verəcəyini bildirir. Digər tərəfdən isə ölkənin nümayəndə heyətinin üzvü, Yaxın Şərqdəki müharibənin TRIPP üçün risklər yaratdığını qeyd edib.

Bəs “Tramp marşrutu” üzrə Ermənistanın siyasi xəttinin pərdəarxasında hansı əsas strateji məqamlar dayanır?

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, “Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək strateji açardır:

“TRIPP layihəsi Orta Dəhliz üzrə nəqliyyat və logistika əməkdaşlığını gücləndirməyə yönəlmiş platformadır. Bu yol, logistika və tranziti sürətləndirmək, region ölkələrinin iqtisadi rolunu artırmaq, geosiyasi balansda yeni imkanlar açmaq baxımından mühüm əhəmiyyətə malikdir. TRIPP nəqliyyat dəhlizi, iqtisadi artım imkanlarını genişləndirərək regionda fasiləsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək. Lakin bu cür mühüm əhəmiyyətə malik yolun açılması prosesi ləngiyir”. 

Politoloqun sözlərinə görə, ABŞ prezidentinin İrandakı proseslərlə məşğul olması layihənin reallaşması ilə bağlı vahid mövqenin formalaşmasına mane oldu:

“Əslində TRIPP layihəsinə təhlükə yaradan əsas məqam ABŞ-İran-İsrail müharibəsi deyil. Ermənistan manipulyasiyanı bunun üzərindən qurmağa çalışır. TRIPP layihəsinin taleyi Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Prosesləri Rusiyanın durumu üzərindən qiymətləndirmək də vacibdir”. 

Ə.Əlibəyli vurğulayıb ki, layihənin reallaşması prosesində Rusiyanın yarada biləcəyi potensial risklər də diqqətə alınmalıdır:

“Aprelin 1-də Ermənistanın Baş naziri ilə Rusiya prezidenti arasında baş tutan görüşlərdə həmin risklərin şahidi olduq. Bəzi iddialara görə, Paşinyan seçkilərdə hakimiyyətinin toxunulmazlığına təminat verilməsi qarşılığında Kremlə TRİPP layihəsini təklif edib. Bir sözlə, Ermənistanın siyasi dairələri İranda baş verən prosesləri bəhanə edərək TRIPP-in açılışının gecikməsini ört-basdır etməyə çalışırlar. Sanki bununla vaxt qazanmağa xidmət edirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
sherg.az

1Mənbələr