AZ

Bir hadisə ilə gəncləri ittiham etmək doğru deyil Sosioloq Mail Yaqub

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Gənclər pozulmayıb, problem başqa yerdədir. Naqisliklər artdıqca insan da yolunu azır”

Bir neçə gün əvvəl “Nizami” Kino Mərkəzinin divarları, indi də Dənizkənarı Milli Parkda zanbaqlar. Hər iki halda ictimai qınaq yaradan hal baş verib. Birinci hadisədə Kino Mərkızinin divarları qraffiti kirləndirlib, ikinci halda isə bulvardakı güllük-çiçəklik ayaqlar altda tapdanıb. Üzərində düşünülməli məqam bunu edənlərin gənc, ya uşaq, ya yaşlı olması deyil bizcə. Düşündürücü məqam insanlarımızın öz arzu və istəklərinə sədd qoya bilməmələri, məsuliyyət hissindən kənar olmalarıdır. “Mən belə istəyirəm”, deyib ictimai fikri, mədəni mühitin qaydalarını görməzdən gəlməyin nəticəsidir bu davranışlar.

Sosioloq Mail Yaqub “Sherg.az”a açıqlamasında bildirdi ki, istər “Nizami” Kino Mərkəzi ilə bağlı, istərsə də Dənizkənarı Milli Parkda baş vermiş hadisədə ümumi bir sual var: bu kimi halların səbəbi nədir: 

- Sosial norma və qaydalar pozulursa, bunu ortaya çıxaran səbəbi araşdırmalıyıq. Norma və qaydaların pozulması müxtəlif formalarda təzahür edə bilər və müxtəlif səbəblər ola bilər. Məncə burada 2 əsas səbəb var – ailə və sosial mühit. Görün, sosial şəbəkələrdə necə kontentlər yayılır. Biabırçılıqlar baş alıb gedir. Bu təkcə bizim internet məkanımızda deyil, bütün dünyada belədir. Adını bloger qoymuş bəzi üzdəniraq, eybəcər insanlar, hansı ki heç bir əxlaqi normalara məhəl qoymur, ictimai təhlükə yaradan əxlaqdan, etik dəyərlərdən kənar paylaşımlar edirlər. Bu kimi üzdəniraq paylaşımlar yeniyetmə və gənclərə milli, etik dəyərlərin aşılanmasına mənfi təsir edir. Bu kimi şəxslər yeniyetmə və gənclərin tərbiyəsinə ağır zərbə vurur. Onlara qarşı heç bir inzibati addım atılmır. Mühitin insan psixologiyasına təsirləri danılmazdır. Müsbət mühit müsbət xüsusiyyətlərə malik insan formalaşdırır, mənfi mühit isə mənfi xüsusiyyətlərə malik insan. Hər nə qədər ailə tərbiyəsi, valideynlərindən müsbət əxlaqi keyfiyyətlər almış gənc olsa da, mühiti mənfilərlə əhatəlidirsə, insanı təsir altına alacaq. Niyə deyirik ki, dostunuzu yaxşı seçin. Yaxşı dost insanı doğru yola yönəldir, yalançı dost isə əyriliyə həvəsləndirir. Mühit, cəmiyyət də belədir. Cəmiyyətdən müsbət enerji alan insan özünü bu cəmiyyətin fərdi hesab edərək onunla ayaqlaşmağa çalışır. Amma ətrafında daha çox naqisliklər görərsə, insan yolunu azacaq. Mən bu hadisənin üzərinə aşırı dərəcədə gedilməsinin də tərəfdarı deyiləm. Gənclərmiz əxlaqsızlaşıb, davranışlarını bilmirlər, hüdud tanımırlar, deməməliyik. Bir hadisə ümumi mənzərə haqqında qənaətə gəlməyə əsas vermir. O demək deyil ki gənclərimiz pozulub, əksəriyyəti davranış qaydalarını bilmir və sair. Hesab edirəm ki, burada inzibati qaydaların əhəmiyyəti var. Bəlkə də gənclər bilmir ki güllükdə şəkil çəkdirmək olmaz. Yaxşı olar ki bu cür məkanlarda xəbərdarlıqedici lövhələr qoyulsun.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
sherg.az

1Mənbələr