AZ

Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

AKP-nin Qadın Qollarının tədbirində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ailə milli təhlükəsizlik məsələsidir. Ailə cəmiyyətin hərəkət və müqavimət mərkəzidir. Ailəyə yönələn hücum dövlətin mövcudluğu məsələsidir.

Sherg.az xəbər verir ki, Ərdoğanın çıxışından daha sonra əlavə edib:

“Son illərdə dünya üzrə hədəfə alınan ailə cəmiyyətin hərəkət və müqavimət mərkəzidir. Fərddən ailəyə, ailədən millətə uzanan zəncirin hər hansı halqasında yaranacaq kiçik bir qırılma uzun illər davam edəcək problemlərə səbəb ola bilər. Buna görə ailəyə yönələn hər hücumun eyni zamanda millətin və dövlətin təməlini hədəf aldığını unutmamalıyıq”.

O qeyd edib ki, ailə institutunun qorunması milli təhlükəsizlik və dövlətin davamlılığı baxımından həyati əhəmiyyət daşıyır.

Ərdoğan mərhum Semiha Ayverdiyə istinad edərək ailəni “cəmiyyətə sağlam fərdlər yetişdirən, mənfi təsirlərə qarşı dayanıqlı, əsas dəyərləri qoruyan möhkəm bir qurum” kimi xarakterizə edib.

Prezident bildirib ki, hökumət son illərdə ailənin qorunması və gücləndirilməsi istiqamətində addımları artırıb. 2024-cü ildə Əhali Siyasəti Şurası yaradılıb, 2025-ci il “Ailə ili” elan edilib, Ailə və Gənclik Fondu vasitəsilə gənc ailələrə dəstək verilib.

Ərdoğan vurğulayıb ki, 2026–2035-ci illəri əhatə edən dövrdə bu siyasət daha da genişləndiriləcək.

O, çıxışında xüsusilə asılılıqların ailə üçün ciddi təhlükə yaratdığını qeyd edib:

“Müxtəlif növ asılılıqlar ailəyə yönələn əsas təhdidlərdəndir. Tütün, alkoqol, narkotik vasitələr, sosial media və xüsusilə virtual qumar ailələri dağıdan amillərdir”.

Prezident əlavə edib ki, süni intellekt və rəqəmsal texnologiyaların yayılması ilə ekran asılılığı kimi yeni problemlər də artıb və uşaqların bu təsirlərdən qorunması vacibdir.

O həmçinin qeyd edib ki, qeyri-qanuni onlayn mərc və qumarla mübarizə tədbirləri nəticəsində vəziyyətin tədricən nəzarət altına alındığı müşahidə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
sherg.az

1Mənbələr