AZ

Keçiddə nişanlardan birinin olmaması piyadaların həyatına təhlükə yaradır VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda yol hərəkətinin təşkili ilə bağlı bəzi nöqsanlar piyadaların həyatı üçün ciddi təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, problem paytaxtın İlqar Musayev küçəsində müşahidə olunur. Belə ki, həmin ərazidə yerləşən nizamlanmayan piyada keçidində yol nişanlarının quraşdırılmasında çatışmazlıq var.

Qeydə alınmış görüntülərdən də aydın görünür ki, yolun yalnız bir tərəfində piyada keçidini bildirən nişan yerləşdirilib, digər istiqamətdə isə bu nişan mövcud deyil. Bu cür uyğunsuzluq sürücülərin diqqətinin yayınmasına və keçidin vaxtında fərq edilməməsinə səbəb olur.

Nəticədə isə sürücülər piyadaların yolu keçdiyi ərazini əvvəlcədən görmədikləri üçün qəza riski artır. Belə halların baş verməsi piyadaların vurulması kimi arzuolunmaz hadisələrə gətirib çıxara bilər. Mövcud problemin aradan qaldırılması üçün hər iki istiqamətdə müvafiq yol nişanlarının quraşdırılması zəruridir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
avtosfer.az

1Mənbələr