AZ

Hakan Fidandan şok xəbərdarlıq: “İsrail Türkiyəni yeni düşmən elan edə bilər”

Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədəki gərginliklə bağlı sensasion bəyanatla çıxış edib.

KONKRET.az xəbər verir ki, “Anadolu” agentliyinə müsahibə verən nazir, rəsmi Təl-Əvivin hərbi-siyasi ritorikasındakı təhlükəli tendensiyaya diqqət çəkib.

Hakan Fidan bildirib ki, İsrail dövləti mövcud siyasi kursu çərçivəsində “düşmən obrazı” olmadan fəaliyyət göstərə bilmir. Onun sözlərinə görə, İranla bağlı proseslərdən sonra növbəti hədəf məhz Türkiyə ola bilər:

“İrandan sonra İsrail düşmənsiz yaşaya bilməz. Biz görürük ki, təkcə Benyamin Netanyahu administrasiyası deyil, həm də müxalifətin bəzi nümayəndələri siyasi ritorikadan istifadə edərək Türkiyəni yeni düşmən elan etməyə çalışırlar.”

Nazir vurğulayıb ki, İsrailin daxili siyasi qrupları Türkiyəyə qarşı mənfi rəy formalaşdırmaqla bölgədəki gərginliyi daha da alovlandırır. Hakan Fidanın bu sözləri Ankara və Təl-Əviv arasındakı onsuz da gərgin olan diplomatik münasibətlərin daha da kəskinləşə biləcəyindən xəbər verir.

Xatırladaq ki, son vaxtlar iki ölkə arasında həm Qəzza, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı qarşılıqlı ittihamlar pik həddə çatıb. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu açıqlaması ilə beynəlxalq ictimaiyyətin diqqətini İsrailin mümkün yeni hərbi-siyasi hədəflərinə yönəldib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
18
1
konkret.az

2Mənbələr