AZ

Tramp İranın nüvə sahəsindəki şərtlərlə razılaşacağına əmindir

Tramp İranın nüvə sahəsindəki şərtlərlə razılaşacağına əmindir

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sahəsində rəsmi Vaşinqtonun şərtləri ilə razılaşacağına əmin olduğunu bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Amerika lideri bu barədə Tehranla yeni razılaşmanın əldə olunma ehtimalını şərh edərkən bəyan edib.

"Düşünürəm ki, onlar bununla razılaşacaqlar. Buna demək olar ki, əminəm. Əslində, tam əminəm. Əgər razılaşmasalar, sövdələşmə olmayacaq, heç vaxt sövdələşmə baş tutmayacaq", — deyə Tramp vurğulayıb.

ABŞ lideri həmçinin qətiyyətli mövqeyini bir daha xatırladaraq əlavə edib: "İranın nüvə silahı olmayacaq".

Qeyd edək ki, Tramp administrasiyası İranın nüvə proqramına nəzarətin gücləndirilməsi və regiondakı fəaliyyətlərinin məhdudlaşdırılması üçün daha sərt şərtlərin irəli sürülməsini dəstəkləyir.

Seçilən
29
afn.az

1Mənbələr