AZ

Son günlər yağan intensiv yağıntı Biləcəridə bəzi evləri təhlükə altında qoyduVİDEO

İri daşlar sürüşüb, sakinlərə təhlükə yaradıb... Daş parçaları hər an evlərin üzərinə düşə bilər..

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi döngə 3-də yaşayan sakinlər "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. İddialarına görə, son günlər yağan intensiv yağışlar nəticəsində evlərinin arxa hissəsində olan torpaq ərazi sürüşüb və iri daşlar uçaraq tökülüb. Evlərə müxtəlif dərəcəli zayan dəyib.

Yaxınlıqdakı bir həyətin hasarı da dağılıb. Hətta, uçma təhlükəsindən bəzi sakinlər evlərini müvəqqəti tərk ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, bununla bağlı tədbirlərin görülməsi ilə aidiyyəti üzrə müraciət edilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən yerində baxış keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
31
1
xezerxeber.az

2Mənbələr