AZ

İran MN: Hörmüz boğazının təhlükəsizliyinə müdaxilə gərginliyi artıra bilər

İran MN: Hörmüz boğazının təhlükəsizliyinə müdaxilə gərginliyi artıra bilər

Xarici dövlətlərin, o cümlədən ABŞ-ın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsinə hər hansı müdaxiləsi daha böyük gərginliyə və enerji böhranına səbəb olacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Rza Talayinik bəyan edib.

"Xarici dövlətlərin Hörmüz boğazının təhlükəsizliyinə hər hansı hərbi müdaxiləsi böhranın kəskinləşməsinə və qlobal enerji təhlükəsizliyində qeyri-sabitliyə gətirib çıxaracaq", — deyə o bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, İran boğaza tam nəzarət edir və ABŞ və ya digər ölkələr tərəfindən heç bir müdaxiləyə yol verməyəcək.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirmişdi ki, Amerika hərbçiləri aprelin 13-dən etibarən İranın dəniz blokadasına başlayır. Onlar İslam Respublikasının limanlarına istiqamət alan, eləcə də onun sahillərindən uzaqlaşmağa çalışan bütün gəmilərin hərəkətini bloklamaq niyyətindədirlər.

Seçilən
15
afn.az

1Mənbələr