Güclü meteorizm təkcə pəhrizlə deyil, həm də orqanizmin xüsusiyyətləri ilə bağlı ola bilər.
Redaktor.az xəbər verir ki, terapevt və kardioloq Mariya Kirillova aif.ru saytına müsahibəsində bağırsaqlarda qazın intensiv yaranmasının aşkar olmayan səbəbini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, qarında köpün ən geniş yayılmış səbəblərindən biri insanların illərlə xəbərsiz ola biləcəyi qida dözümsüzlüyüdür. Bu problem qidanın normal həzmi üçün zəruri olan müəyyən fermentlərin çatışmazlığı nəticəsində yaranır. Sözügedən maddələrin çatışmazlığı bağırsaqlarda qaz yaranmasını gücləndirir və diskomforta səbəb olur.
Həkim qeyd edib ki, problemi aşkar etməyə xüsusi diaqnostika üsulları kömək edir. Həmçinin orqanizmin reaksiyasını müşahidə etmək, məsələn, müəyyən məhsulları müvəqqəti olaraq rasiondan çıxarmaq və sonra yenidən daxil etmək faydalıdır.