AZ

"İran bizimlə razılaşmaq istəyir" - Tramp

Bu səhər bizə müvafiq insanlar zəng etdilər və onlar razılaşmaq istəyirlər.

"Unikal" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ lideri atəşkəs bitəndən sonra əvvəlki təhdidlərin hələ də qüvvədə qalacağı ilə bağlı danışmaq istəməyib. “Mən bu barədə şərh vermək istəmirəm, amma bu, onlar üçün xoş olmayacaq”, - deyə o əlavə edib.

Hörmüz boğazı ilə bağlı Tramp bildirib ki, ABŞ dünya ölkələrinin şantaj edilməsinə icazə verə bilməz.

“Biz bu ticarətdən istifadə etmirik. Bizim ehtiyac duyduğumuzdan daha çox öz neftimiz və qazımız var. Amma dünyanın buna ehtiyacı var”,- deyə Tramp vurğulayıb.

Seçilən
35
5
unikal.az

5Mənbələr