GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyəyə müraciət edərək, hazırda həbsdə olan İstanbulun sabiq meri Əkrəm İmamoğlu ilə bağlı altı sualdan ibarət sorğu göndərib.
Globalinfo.az xəbər verir ki, Məhkəmə Türkiyə hökumətindən İmamoğluya qarşı aparılan cinayət işi ilə bağlı bütün materialları göndərməyi tələb edib.
Rəsmi cavab və müdafiə prosesi Türkiyənin Ədliyyə Nazirliyinin İnsan Hüquqları Departamenti tərəfindən həyata keçiriləcək.
Məhkəmənin ünvanladığı suallar bunlardır:
İmamoğlu Avropa Konvensiyasının 35/1-ci maddəsinə uyğun olaraq milli məhkəmələrə müraciət edibmi?
Onun həbsdə saxlanılması Konvensiyanın 5/1-ci maddəsinin tələblərinə uyğundurmu?
İlkin və davamlı həbs qərarını verən hakimlər azadlıqdan məhrumetmə üçün Konvensiyanın 5/3-cü maddəsinə uyğun yetərli əsaslar təqdim ediblərmi?
İmamoğlu azadlıqdan məhrum edilməsinin qanuniliyini Konvensiyanın 5/4-cü maddəsinə uyğun olaraq yuxarı instansiya məhkəməsində mübahisələndiribmi?
Dövlət tərəfindən tətbiq olunan məhdudiyyətlər formal olaraq 5-ci maddəyə əsaslansa da, əslində başqa məqsədlərə xidmət edirmi?
İmamoğlunun özünün iddia etdiyi kimi, onun prezident seçkilərində iştirakı məhdudlaşdırılıbmı?
Bundan əlavə, məhkəmə hökumətdən istintaq materiallarının müvafiq hissələrinin və İmamoğluya qarşı aparılan cinayət təqibi ilə bağlı bütün sənədlərin surətlərini təqdim etməyi istəyib.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.