AZ

Bölgələrə yağan leysanın fəsadlarıVİDEO

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub.

Xezerxeber.az xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin yüksək dağlıq ərazilərində sulu qar və qar, düzənlik ərazilərdə isə intensiv yağışlar müşahidə olunur. Yağıntıların yaratdığı fəsadlar xüsusilə Balakən rayonunun Meşəşambul və Qaysa kəndlərində hiss olunub. Belə ki, kəndin daxilindən keçən kanalların və yaxınlıqdakı çayların daşması nəticəsində Meşəşambul kəndində 30-a yaxın evin həyətini su basıb.

Bununla yanaşı, intensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub. İlkin hesablamalara görə, 30 hektara yaxın meyvə bağına, 10 hektara yaxın tərəvəz sahəsinə zərər dəyib.

Balakən rayon icra hakimiyyətindən məsələ ilə bağlı bildirildi ki, yağış sularının boşaldılması üçün əraziyə texnikalar cəlb olunub, tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
57
xezerxeber.az

1Mənbələr