"Bavariya" "Nyukasl"ın hücumçusu Entoni Qordonu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
QOL.az xəbər verir ki, "Sky Sport Germany" nəşrinin məlumatına görə, İngiltərə klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bir neçə əsas futbolçusunu, o cümlədən Qordonu satmağa məcbur qala bilər.
Bildirilir ki, futbolçu ilə "Arsenal" və "Liverpul" klubları da maraqlanır, lakin Münhen klubu bu transferdə daha aktiv mövqe sərgiləyir və artıq ilkin danışıqlara başlayıb.