AZ

“Karyeramda Azərbaycan çempionu olmamışam, amma az qalıb” - Ayşən Abduləzimova

TOVUZ, 13 aprel. TELEQRAF
“Mövsümün əvvəlində komanda yeni yaranmasına baxmayaraq, bura gələrkən tərəddüd etmədim. Rəhbərliklə tanış olduqdan sonra gözümü bağladım (gülür – red.). Karyeramda Azərbaycan çempionu olmamışam, amma az qalıb”.

Teleqraf xəbər verir ki, bu sözləri “Turan”ın voleybolçusu Ayşən Abduləzimova deyib.

Kaöitan yarımfinalda “Gəncə”ni 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanması ilə bağlı təəssüratlarını bölüşüb: “İlk növbədə bütün azarkeşlərimizi təbrik edirəm. Hər iki oyunda 3:0 hesablı qələbə qazandıq. Qarşıda final oyunumuz qalıb, güclü olan qalib gəlsin. Mövsümün əvvəlindən hədəfimiz çempionluq idi. Biz komanda idman növüyük. Əsas odur ki, komanda həlledici görüşdə güclü oynasın. Rəqibi düşünmürük, əsas öz hazırlığımızdır.

Final oyunu bir oyundur. Dünyada belə hal yoxdur ki, final bir oyunla keçirilsin. Təəssüf ki, bizim federasiyanın qərarına əsasən bir oyundur. Hörmətlə yanaşırıq, lakin dünyada belə bir reqlament yoxdur”.

Seçilən
12
teleqraf.com

1Mənbələr