AZ

Hörmüz boğazının bağlanması enerji bazarları üçün ciddi təhdiddir

Hörmüz boğazının bağlanması enerji bazarları üçün ciddi təhdiddir

Hörmüz boğazının uzunmüddətli bağlanması təhlükəsi dünya enerji bazarları üçün ciddi təhdid yaradır.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu İraq Baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Mazhar Məhəmməd Saleh deyib.

Müşavir bildirib ki, yaranmış vəziyyət körfəz ölkələrini alternativ quru marşrutları yaratmağa məcbur edir və neftin strateji mal statusunu daha da gücləndirir. "Hörmüz boğazının bağlanmasının nəticələri ilk növbədə regiondakı münaqişənin müddətindən asılıdır", — deyə Saleh qeyd edib.

Onun fikrincə, uzunmüddətli blokada ssenarisi dünya enerji bazarlarına dərin təsir göstərəcək və neftin həlledici siyasi və iqtisadi ölçülərə malik strateji resurs kimi mövqeyini möhkəmləndirəcək.

M.M.Saleh hesab edir ki, boğazın uzun müddətə qapadılması İraq, Səudiyyə Ərəbistanı və İran da daxil olmaqla Körfəz dövlətlərini ticarət münasibətlərini, xüsusən də neftin satış kanallarını yenidən qurmağa məcbur edəcək. Bu isə iqtisadi coğrafiyanın yenidən qiymətləndirilməsini və yeni, təhlükəsiz alternativ ticarət yollarının axtarılmasını tələb edəcək.

Seçilən
24
afn.az

1Mənbələr