Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan millisi Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, "BS Arena"da reallaşan matç rəqibin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında növbəti oyun aprelin 15-i saat 17:00-da eyni arenada olacaq.