AZ

Narkotik testinin cavabına sərt reaksiya verdi

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Türkiyədə məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində test nəticəsi müsbət çıxdığı iddia edilən aktrisa Hafsanur Sancaktutan yayılan xəbərlərdən sonra sosial şəbəkə hesabında açıqlama verib.

Axşam.az xəbər verir ki, aktrisa narkotik maddə görmədiyini və istifadə etmədiyini bildirib:

“Ömrüm boyu xəbərlərdə adı çəkilən qadağan olunmuş maddəni qətiyyən görməmişəm, istifadə etməmişəm. Türkiyə Respublikasının rəsmi qurumlarından testimin yenidən aparılmasını tələb edəcəyəm. Bir qarışıqlıq olduğuna əminəm. Bu məsələnin sübutu üçün nə lazımdırsa etməyə hazıram. Çox çaşqın və çox üzgünəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
axsam.az

1Mənbələr